FED.az xəbər verir ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC işçiləri və sərnişinləri Bakı şəhərindən Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına və əks istiqamətdə nəqliyyat-daşıma xidmətlərinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
Tenderdə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (nümunə əlavə olunur);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi.
Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Azərbaycan dilində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (bundan sonra “Bakı Limanı”) yerləşdiyi ünvana və ya əlaqələndirici şəxsin elektron poçtuna təqdim olunmalıdır.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, təcrübə, keyfiyyət, vaxtında çatdırılma.
Tenderdə iştirak etmək istəyənlər 500 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər:
Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 72.
Əlaqələndirici şəxs: Hacıyeva Aytəkin Əvəz qızı, (012) 599-00-03 (1401);
(012) 498-91-84.
Təşkilatın adı: “Bakı Beynəlxalq Dəniz Dəniz Ticarət Limanı” QSC
Bank rekvizitləri: “Kapital bank”ın 1 saylı Səbail filialı
Kod: 200059
M/h:AZ37NABZ01350100000000001944
VÖEN: 9900003611
SWIFT: AIIBAZ2X
Beneficiary name: “Bakı Dəniz Ticarət Limanı” QSC
Beneficiary account: AZ27AIIB33010019443500206105
VÖEN: 9900065281
Ünvan: AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 72,
telefon: (012) 599-00-03.
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq olunmuş);
- mənşə və uyğunluq sertifikatları;
- və digər sənədlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 10 oktyabr 2018-ci il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 18 oktyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 19 oktyabr 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” nəqliyyat-daşıma xidməti alır – TENDER
10:37
11 Sen 2018