Bakı Baş Səhiyyə Mərkəzi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin inzibati binasında və tabeliyində olan Bakı şəhəri ərazisində və ətraf rayonlarda yerləşən tibb müəssisələrində istismar olunan elektrotexniki avadanlıqların (komyuter, printer və sürətçıxardanların) cari təmir işlərinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1400125591
Satınalan təşkilatın ünvanı : M.Mirqasımov1A
Müsabiqənin başlama tarixi və vaxtı: 16.11.2023 13:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 07.12.2023 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 15.12.2023 10:00
Zərflərin açılış tarixi və vaxtı: 18.12.2023 09:00
Ödəniş şərtləri : Təsdiq edici sənədlərə və aktlara uyğun olaraq köcürmə yolu ilə
Çatdırılma yeri : "Bakı Baş Səhiyyə Mərkəzi" inzibati binası və tabeliyində olan tibb müəssisələrinə
Çatdırılma müddəti : Müqavilə bağlanıldıqdan sonra 10 iş günü ərzində
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
• Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi) - müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla əvvəlki il üzrə olmalıdır;
• Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
• İddiaçının Nizamnaməsi;
• Qeydiyyatdan keçdiyi ölkə;
• İddiaçının Rekvizitlər;
• İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
• Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəali yyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
• Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
Servis mərkəzinin olmasını təsdiq edən sənəd
Fəaliyyət göstərəcək işçilər haqqında məlumat
Analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki imkanları haqqında rəsmi məlumat
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Ehtiram Hajiyev, aparıcı mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu : 0512401163