Bakı Baş Səhiyyə Mərkəzi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin inzibati binasında və tabeliyində olan Bakı şəhəri ərazisində və ətraf rayonlarda yerləşən tibb müəssisələrində istismar olunan kompyuter və printerlər üçün ehtiyat hissələrinin satın alınması nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1400125591
Satınalan təşkilatın ünvanı: M.Mirqasımov1A
Müsabiqənin başlama tarixi və vaxtı: 06.09.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 27.09.2023 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 05.10.2023 10:00
Zərflərin açılış tarixi və vaxtı: 06.10.2023 09:00
Ödəniş şərtləri - Təsdiq edici sənədlərə və aktlara uyğun olaraq köcürmə yolu ilə
Çatdırılma yeri - "Bakı Baş Səhiyyə Mərkəzi" PHŞ-nin inzibati binasına və tabeliyində olan tibb müəssisələrinə
Çatdırılma müddəti - Sifariş olunduqdan sonra 2 iş günü ərzində
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi) - müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla əvvəlki il üzrə olmalıdır;
Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İddiaçının Nizamnaməsi;
Qeydiyyatdan keçdiyi ölkə;
İddiaçının Rekvizitlər;
İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəali yyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Ehtiram Hacıyev, aparıcı mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 0512401163