Bakı Baş Səhiyyə Mərkəzi iki tenderə yekun vurub.
FED.az xəbər verir ki, qaliblərdən biri "Mobile Group" MMC (VÖEN: 1403121291) şirkətidir.
Şirkətklə 198 864 manat məbləğində müqavilə imzalanıb. Müqavilədə " Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə barkod və kassa aparatları üçün çeklərin satın alınması nəzərdə tutulur.
Digər qalib "M-Kontakt" MMC-dir (VÖEN 1400263291). Şirkətlə bərk inventarların satın alınması tenderi üzrə 225 000 manat məbləğində müqavilə imzalanıb