Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) icarə tenderinin qalibini açıqlayıb
FED.az xəbər verir ki, DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.
Açıq tenderin qalibi Bakı Avrasiya Universiteti (VÖEN: 1500008331) olub.
Dövlət qurumu Bakı Avrasiya Universitetinə 630 120 manat ödəyəcək.
Ofis icarəsi 3000 kv.m. nəzərdə tutulur.
Qeyd edək ki, Bakı Avrasiya Universiteti daha öncə də həmin qurumun eyni adlı iki tenderinin qalibi olub.
Bağlanmış müqavilələrin həcmi 472 590 manat (17.04.2023) və 630 000 manat (10.11.2020) təşkil edib.