Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu "Bakı Abadlıq Xidməti" MMC (VÖEN: 1301709881) şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, bağlanmış müqavilədə Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması layihəsi çərçivəsində gölün bərpa ərazisində inşa edilmiş Böyükşor bulvarında abadlaşdırma işlərinin qorunub saxlanılması məqsədi ilə xidmətlərin satın alınması nəzərdə tutulur.
Bağlanmış müqavilənin dəyəri 423 894 manatdır.