“Azərbaycan Televiziya və Radio Verlişləri” QSC video müşahidə kameralarının satın alınması və quraşdırılması məqsədilə kotirovka sorğusu elan edir. FED.az xəbər verir ki, Kotirovka sorğusunun iştirakçılarına təklif olunur ki, hüquqi sənədlərlə birlikdə öz təkliflərini möhürlənib imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusunun iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Kotirovka sorğusunda iştirak etmək istəyənlər şərtlər toplusunu Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli (əlaqələndirici şəxs Elmar Əliyevdən, telefon- 537-02-66) ünvandan ala bilərlər. İddiaçılar kotirovka sorğusunda iştirak üçün sənədləri 24 iyul 2019-cu il saat 18.00-a qədər, Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 25 iyul 2019-cu il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi1 nömrəli ünvanda xüsusi ayrılmış otaqda açılacaqdır.
İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.
AzTV təhlükəsizlik kameraları alır - KOTİROVKA
09:00
12 İyul 2019