“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti 3 televiziya və 2 radio kanalının internet şəbəkəsi vasitəsilə yayım xidmətinin satın alınması məqsədilə açıq tender elan edib.
FED.az-ın məlumatına görə, tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının www. etender. gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsun və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Eləcə də bax: AzTV-ni dezinfeksiya edəcək - ŞİRKƏT MƏLUM OLDU
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 9 dekabr, tender təklifi ilə bank təminatı sənədlərini isə 17 dekabra qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 18 dekabrda açılacaq. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.