Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təmir və abadlıq işləri ilə bağlı 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, “Bakı şəhəri və respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri işlərinin satınalınması” tenderin qalibi “B.R.İ.S. CONSULTİNG” MMC olub.
Şirkətlə 2 112 542 manat məbləğində müqavilə imzalanıb.
“Respublikanın bir sıra təhsil müəssisələrində təmir və abadlıq işlərinin satınalınması” tenderinin qalibi “Rabitəinşaat” ASC olub.
Şirkətlə 1 141 471 manat məbləğində müqavilə imzalanıb.