Azərbaycan Memarlıq və İnşaat Universitetinin ərazisində yerləşən tədris korpusunun yenidənqurulması üçün keçirilən tenderin qalibi məlum olub.
Bu şirkət Zəngilana 533 ailə köçürəcək, yarım milyona yaxın - PUL QAZANACAQ
FED.az xəbər verir ki, tenderin qalibi "Safari" MMC seçilib. Tikinti layihəsi Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsi 11 ünvanında həyata keçiriləcək.
Layihənin ehtimal olunan qiyməti 2.850.000,00 AZN müəyyən edilsə də, "Safari" MMC tenderi 2.320.004,07 AZN təkliflə qazanıb. Bu isə 529.995,93 AZN az məbləğ deməkdir.
Müqayisə etsək, şirkət layihəni ilkin ehtimaldan təxminən 18,6 faiz daha ucuz qiymətə həyata keçirməyi öhdəsinə götürüb.
Qeyd edək ki, “Safari” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İqbal Isazadə Mirbaba oğludur. Hüquqi ünvanı AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, ev 9, 5-ci döngə, mənzil 170, giriş 3 ünvanında yerləşir.