"Azərxalça" ASC tender elan edir.
FED.az xəbər verir ki, Azərxalça ASC 5 rayonda yun və boyaq bitkilərinin tədarükü məntəqələrinə avadanlıq, mal-material və inventarların satın alınması üzrə aşıq tender elan edir.
Tenderdə iştirak etmək üçün müraciətin təqdim edilmə və tender sənədlərin alınma müddəti: 23.10.2020-ci il saat 17:00-dək.
Tender təklifləri və bank təminatları 02.11.2020-ci il saat 12:00-dən gec olmayaraq, Azərbaycan Respublikası, Bakı ş. Nərimanov r-nu, Şəmsi Rəhimov küç.2. AZ1110 yerləşən "Azərxalça" Açıq Səhimdar Cəmiyyətinə təqdim edilməlidir.