“Azərsu” ASC “Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt avtomobil yolunun 19-cu kilometrindəki (diametri 1400 mm, uzunluğu 800 m) hissəsinin yenidən qurulması işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Providense Doyç” MMC olub.
Şirkətlə 1 949 077 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Providense Doyç” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 131 300 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Camal Əkbərov İsmayıl Oğlu oğludur. Hüquqi ünvanı AZ1095, Bakı Şəhəri Səbail Rayonu, Həqiqət Rzayev, ev 7, m. 10 ünvanında yerləşir.