“Azərsu" ASC nəqliyyat vasitələrinin və xüsusi texnikanın satın alınması üzrə tender elan edir.
Eləcə də bax: İcra Hakimiyyətinin 4.2 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
Fed.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 17.05.2022 18:00-a kimidir və iştirak ödənişi 450 manatdır.
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 | Qəza bərpa bortlu qoşa kabinalı 4x2 | 1 Mühərrik 2.7L 2 Mühərrikin gücü 106 a.g 3 Yanacaq növü benzin 4 Ağırlığı 3.5 ton 5 Maksimal sürət 130-150 km/saat 6 Maksimal yük qaldırma 1-1.5 ton 7 Sürətlər qutusu Mexaniki 8 Əyləc sistemi ABC olsun 9 Yer sayı 5+1 10 Şin ölçüsü 185/75R16C və ya 195/75R16C 11 İstehsal ili 2022 | 5 | ədəd |
2 | Ekskovator yükləyici 0,3 mᵌ-luk | 1 Mühərrik 3.9L 2 Mühərrikin gücü 95-98 a.g 3 Yanacaq növü dizel 4 Arxa çalovun həcmi 0.3 m3 teleskopik 5 Qabaq çalovun həcmi 1.2 m3 qayçılı 6 Hidravlik çıxışı olsun 7 Kondinsoner olsun 8 Şin ölçüsü qabaq 12.5/80R18 və ya 400/70R20 9 Şin ölçüsü arxa 16.9R28 10 İstehsal ili 2022 | 3 | ədəd |
3 | Yanacaq daşıyan avtomobil 4x2 | 1 Mühərrik 4.4L 2 Mühərrikin gücü 149-160 a.g 3 Yanacaq növü dizel 4 Ümumi çəkisi 8-9 ton 5 Maksimal yük götürmə 5 ton 6 Sürətlər qutusu Mexaniki 7 Maksimal sürət 90 km/saat Sürət məhdudlaşdırıcı qurğu olsun 8 Əyləc sistemi ABC olsun 9 Avtomobilin səsboğucusu Sol tərəf ortada və qığılcım söndürənlə birlikdə 10 Yer sayı 2+1 11 İstehsal ili 2022 12 Yanacağ miqdarını ölçən sayğac Olsun 13 Yanacaq çəni Həcmi 5000-5300 litr, materialı paslanmayan metal və yanacaq üçün nəzərdə tutulmuş, qalınlığı 3-5mm, çənin doldurulması üst hissədən olmalı, havalandırılması olmalı, arxa hissədə pilləkən olmalı, çənin daxilində süzgəc olmalı 14 Çənin şassiyə bərkidilməsi U formalı vəziyyətdə bolt birləşməsi ilə bərkidilməli və söküləbilən tipli olsun. 15 Çəndəki yanacağın vurma nasosu Vurma hündürlüyü 6 m, məhsuldarlığı 200litr/dəq 16 Təhlükəsizlik ilə bağlı tələb Hər üç tərəfdən təhlükəli yük daşınma üçün loqotip yazılması, səsboğucu sol tərəf ortada və qığılcım söndürənlə birlikdə olmalı, avtomobilin qığılcım ötürücü zənciri olmalı 17 Aksesuarlar Alət dəsti, yanacaq doldurmaq üçün borusu tapançası ilə birlikdə L- 6 metr, d-25mm, yanacaq vintilləri diyircəkli olsun |
Təşkilati və hüquqi sənədlər:
Rekvizitlər - iddiaçının bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə rəsmi blankda imzalı .pdf formatda portala əlavə edilməlidir.
Qeydiyyatdan keçdiyi ölkə - Dövlət Reyestrindən çıxarış notarial qaydada təsdiq olunaraq .pdf formatda portala əlavə edilməlidir.
Nizamnamə - əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə notarial təsdiq olunmuş .pdf formatda portala əlavə edilməlidir.
İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış - tender elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır. Məktubun əsli skan olunmuş şəkildə .pdf formatda portala əlavə edilməlidir.
İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı - keçən il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin təsdiq olunmuş surəti skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Məmmədyar Musayev
Əlaqə: (+994012)431 47 67; 2288