Azərsu ASC açıq tender elan edir.
FED.az xəbər verir ki, “Azərsu” ASC-nin daxili vəsaiti hesabına struktur vahidlərinə lazım olan mal-material, avadanlıq və ehtiyyat hissələrinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 9900001751
Satınalan təşkilatın ünvanı : Moskva prospekti 67, AZ 1012 Bakı,
Müsabiqənin başlama tarixi və vaxtı: 26.09.2023 17:20
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 17.10.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 25.10.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı: 26.10.2023 11:00
Ödəniş şərtləri : Ödəniş İcraçı tərəfindən təqdim edilən hesab faktura əsasında ən qısa müddət ərzində 15 (on beş) bank günündən gec olmamaq şərti ilə Sifarişçi tərəfindən həyata keçirilir.(Avans tətbiq olunmur)
Çatdırılma yeri : AZ1142, Bakı şəh.Babək prospekti 110V, Anbar Təsərrüfatı İdarəsi
Çatdırılma müddəti : 5 gün
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı;
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
Sahibkarlıq subyektinin müəyyən olunması
İxtisas göstəriciləri:
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalıdır
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır (tələb olunur)
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmamalı, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməlidir
Malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı və təcrübəsi (oxşar təcrübəyə dair təsdiq edici sənədlər (ən azı 1 (bir) yerinə yetirilmiş (yerinə yetirilməsinə dair təsdiq edici sənədlərlə birlikdə) müqavilə (referans məktub və s.) olmalıdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Elvin Məlikli , Şöbə rəisinin müavini
Email: [email protected]
Əlaqə telefonu: 055-205-29-00