"Azərsu" ASC Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 fevral tarixli 2522 nömrəli “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün təsdiq edilməsi haqqında Sərəncamının icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na daxil olan layihələrin maliyyələşdirilməsi xərcləri çərçivəsində “Ağdam şəhərinin içməli su mənbəyinin müəyyənləşdirilməsi məqsədi ilə yeraltı suların istismar ehtiyatının qiymətləndirilməsi üçün kompleks hidrogeoloji kəşfiyyat işlərinin aparılması” işlərinin satın alınması məqsədilə açıq tender elan edir.
Azərbaycanda 7 milyon manatlıq tenderin qalibi - MƏLUM OLDU
FED.az xəbər verir ki, açıq tenderin başlama tarixi və vaxtı 31.08.2021 08:00, tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı isə 28.09.2021 18:00-da olacaq.
İştirak haqqı: 500 AZN
Əlaqələndirici şəxs - İntizam Novruzov - Şöbə rəisinin müavini
Telefon : 0124314767 (2263/2259) Email : [email protected]