“Azərsu” ASC daxili vəsaiti hesabına manometrlər və onun quraşdırılmasına lazım olan mal materialların satın alınması üzrə açıq tender elan edir.
Azərbaycanda böyük - Dezinfeksiya Tenderi - Elan Edildi
FED.az xəbər verir ki, malgöndərənlər (podratçılar) https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: çatdırılma müddəti, istehsalçı firmanın etibarnaməsi və ən aşağı qiymət təklifi.
Malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra dövlət satınalmalarının vahid internet portalından əldə edə bilərlər.
Tenderdə iştirak haqqı 300 manatdır.
Təşkilat: “Azərsu” ASC
VÖEN: 9900001751
Bank: “Kapital Bank”ASC-nin 1 saylı Nəsimi filialı
Kod: 200112
VÖEN: 9900003611
M/h: AZ37NABZ 0135010000000001944
S.W. I. F. T. BIK: AIIBAZ2X
H/h: AZ65AIIB 33070019441100216111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqını təs
diq edən sənəd;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı;
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- malgöndərənlərin (podratçıların) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı).
Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 may 2021-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə 26 may 2021-ci il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər.
Elektron satınalmanın açılışı 27 may 2021-ci il saat 18.00-da dövlət satınalmalarının vahid internet portalında həyata keçiriləcəkdir.