“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-si mebellərin və ofis avadanlıqlarının satınalınması məqsədilə kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana Bakı şəhəri, General Akim Abbasov küçəsi 110, “Azərsu” ASC “Birləşmiş Sukanal” MMC-nin təchizat şöbəsinə (əlaqələndirici şəxs: şöbə rəisi İlham Həsənova ilham.hasanov@azersu. az +994124087774 ) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təkliflərini 22 iyun 2018-ci il saat 12.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.
Gənclər və İdman Nazirliyi – TENDER ELANI
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri “Azərsu” ASC “Birləşmiş Sukanal” MMC-nin Bakı şəhəri, General Akim Abbasov küçəsi 110 nömrəli ünvandakı inzibati binasında 25 iyun 2018-ci il saat 12.00-da açılacaqdır.
Səhiyyə Nazirliyindən - TENDER ELANI
İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.