“Azərsu” ASC daxili vəsaiti hesabına 2020-ci il üçün üzərində “Azərsu” loqosu olan hədiyyəlik dəstlərin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
Eləcə də bax: Metropoliten əlamətdar günlər üçün 48,8 min manatlıq - GÜL ALIB
FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 29 yanvar 2020-ci il saat 12.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 30 yanvar 2020-ci il saat 16.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.
Ünvan: Bakı şəhəri, Moskva prospekti 67
Əlaqələndirici şəxs: Murad Abışev – 431 47 67/1087 və Tural Rzayev 431 47 67/2266