“Azərsu” ASC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Füzuli şəhərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 500 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 9900001751
Satınalan təşkilatın ünvanı : Moskva prospekti 67, AZ 1012 Bakı,
Müsabiqənin başlama tarixi və vaxtı : 05.10.2023 11:10
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 16.11.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 24.11.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı : 27.11.2023 11:00
Hesab nömrəsi: AZ65AIIB33070019441100216111
Bankın adı : “Kapital Bank”ASC-nin 1 saylı Nəsimi filialı
Bankın kodu: 200112
Müxbir hesab: AZ37NABZ 0135010000000001944
Bankın VÖEN-i: 9900003611
Swift kodu: BIK: AİİBAZ2X
Ödəniş şərtləri : Malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri : Füzuli şəhəri
Çatdırılma müddəti : il ərzində
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Tenderdə iştirak etmək üçün ərizə
İştirak haqqının ödənilməsi barədə bank sənədi
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra 65 bank günü ərzində qüvvədə olmalıdır)
Tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri
Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatı
Tender təklifi dəyərinin 1 faizi həcmində tender təklifinin təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır)
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar
Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (Vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir)
Sahibkarlıq subyektinin bölgüsü
Mühasibat balansları, mənfəət və zərər haqqında hesabat
İxtisas göstəriciləri:
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (müqavilə)
İddiaçının əsas işçi heyəti barədə məlumat (Əlavə №11), avadanlığı və texnikası barədə məlumatlar (Əlavə №12)
İddiaçının son beş ildəki maliyyə vəziyyəti haqqında bank arayışının əsli – son beş il (01 yanvar 2018 – 31 dekabr 2022) ərzində ən azı 10 milyon AZN dövriyyə tələb olunur
Son beş il (01 yanvar 2018 – 31 dekabr 2022) ərzində ümumi məbləği 15 milyon AZN-dən az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı iki sifarişi baş podratçı kimi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər (işlərin ən azı 80%-nin uğurla yerinə yetirilməsi yetərli hesab edilir) (Əlavə №7)
İddiaçı sərbəst maliyyə imkanlarına (ən azı 2 milyon AZN) malik olması (təsdiq edici sənədlər təqdim olunmalıdır: nizamnamə fondu, əsas vəsaitləri, sərbəst maliyyə resursları, hazır məhsul və ya bankın zamin olduğu kredit məbləği və s.)
İddiaçının əleyhinə məhkəmə çəkişmələri və arbitraj məhkəməsinin qərarları İddiaçının xalis kapital dəyərinin əlli faizindən (50%) artıq olmamalıdır (Əlavə №9)
01 yanvar 2018-ci ildən tarixindən İddiaçının öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində Müqavilənin yerinə yetirilməməsi hallarının mövcud olmadığını təsdiq edən məlumat (Əlavə №10)
Son beş il (01 yanvar 2018 – 31 dekabr 2022) ərzində ümumi olaraq ən azı 7 km tamamlanmış (ən azı DN 225mm polietilen boru) su şəbəkəsinin tikintisi üzrə məlumat
Son beş il (01 yanvar 2018 – 31 dekabr 2022) ərzində ən azı 1 ədəd tamamlanmış (ən azı 5 000m3) su anbarının tikintisi üzrə müvafiq iş təcrübəsinin olması barədə məlumat
Son beş il (01 yanvar 2018 – 31 dekabr 2022) ərzində ən azı 1 km d1000 kanalizasiya kollektorunun tikintisi üzrə müvafiq iş təcrübəsinin olması barədə məlumat
Son beş il (01 yanvar 2018 – 31 dekabr 2022) ərzində ümumi olaraq ən azı 1 km (ən azı DN1000mm) Dəmir-Beton kanalizasiya boruların quraşdırılması üzrə məlumat
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Abışev Murad və Musayev Məmmədyar , “Azərsu” ASC-nin Satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsi
Email: [email protected] və [email protected]
Əlaqə telefonu: + 99 412 431 47 67/87 – daxili 1087, +99 412 431 47 67 – daxili 2288