“Azərsu” ASC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Azərsu” ASC-nin daxili vəsaiti hesabına yaşıllaşdırma sahəsi üçün lazım olan mal-materialların satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900001751
Satınalan təşkilatın ünvanı: Moskva prospekti 67, AZ 1012 Bakı,
Müsabiqənin başlama tarixi və vaxtı: 07.09.2023 14:50
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 28.09.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 06.10.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 09.10.2023 17:00
Ödəniş şərtləri - Ödəniş İcraçı tərəfindən təqdim edilən hesab faktura əsasında ən qısa müddət ərzində 15 (on beş) bank günündən gec olmamaq şərti ilə Sifarişçi tərəfindən həyata keçirilir
Çatdırılma yeri - AZ1142, Bakı şəh.Babək prospekti 110V, Anbar Təsərrüfatı İdarəsi
AZ1142, Bakı şəh.Babək prospekti 110V, Anbar Təsərrüfatı İdarəsi
Çatdırılma müddəti - 15 təqvim günü
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Nizamnamə
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı;
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
Sahibkarlıq subyektinin müəyyən olunması
İxtisas göstəriciləri:
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalıdır
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır (tələb olunur)
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmamalı, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməlidir
Malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün oxşar malların təchizatı bağlı ən azı 1 (bir) yerinə yetirilmiş müqavilə ( müqavilə üzrə referans məktub və ya təsdiq edici sənədlər) təqdim olunmalıdır;
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Elvin Məlikli, Mühəndis
Email: [email protected]
Əlaqə telefonu: 0552052900