“Azərsu” ASC öncədən ödənişli smart kart tipli su sayğacları üçün abonent kartlarının satın alınması məqsədilə kotirovka sorğusu elan edib.
FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və satınalmaların idarə olunması departamentinin satınalmaların təşkili şöbəsinə (əlaqələndirici şəxs- satınalmalar üzrə mühəndis Ağaəli Mirzəyevə, [email protected] +994124314767 (2246) ) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 23 sentyabr 2019-cu il saat 11.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 24 sentyabr 2019-cu il saat 11.00-da açılacaqdır.
İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər