“Azərsu “ASC daxili vəsaiti hesabına maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq 2018-ci il ərzində əvəzsiz alınmış əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və 2018-ci il dekabrın 31-nə əsas vəsaitlərin qiymətdəndüşməyə testləşdirilməsi xidmətlərinin satınalınması məqsədilə kotirovka sorğusu elan edir
FED.az TENDER xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinin satınalmaların təşkili şöbəsinə (əlaqələndirici şəxs- Məmmədyar Musayevə, telefon- 431 47 67/2288) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 17 yanvar 2019-cu il saat 15.00-dan gec olmamaq şərtilə Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinin satınalmaların təşkili şöbəsinə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 18 yanvar 2019-cu il saat 15.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.
“Azərsu “ASC qiymətləndirici axtarır – KOTİROVKA SORĞUSU
10:35
10 Yan 2019