“Azərsu” ASC auditor axtarışı üzrə elan etdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Dövlət qurumu auditor axtarır - ELAN
FED.az xəbər verir ki, tenderin qalibi “RSM Azerbaijan” MMC olub.
“Azərsu” ASC “RSM Azerbaijan” MMC ilə auditin aparılması üçün müqavilə bağlayıb.
Müqaviləyə əsasən, “Azərsu” Almaniya İnkişaf Bankı (KfW) ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində Gəncə Sukanal və Şəki Sukanal TSC-lərinin və “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin Hökumət payı iştirakı hesabına 2019-cu il üzrə maliyyə hesabatlarına dair audit xidmətlərinin aparılması üçün “RSM Azerbaijan” MMC-yə 32 min 509 manat ödəyəcək.