“Azərsu” ASC "“Regionlarda kənd yaşayış məntəqələrində su təchizatı sisteminin tikintisi” layihəsi çərçivəsində “Şabran, Gədəbəy və Şəmkir rayonlarının bir sıra kəndlərinin içməli su təminatının yaxşılaşdırılması” işlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Protean Constructıon" ASC olub. Şirkətlə 9 milyon 119 min 847 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət həmçinin qurumun 13 milyon 100 min 161 manat dəyərindəki “Neftçala rayonunun Kür çayı boyu yerləşən kəndlərinin su təminatının yaxşılaşdırılması işlərinin satın alınması” (08.09.2022) tenderini və başqa 9 iri məbləğli tenderlərini də qazanıb.