“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC “2019, 2020 və 2021-ci illər üzrə illik, son 36 təqvim ayı üzrə aylıq və rüblük bəyannamələr üzrə vergi əməletməsinin yoxlanılması və yoxlanılan dövr üzrə vergi orqanlarına dəqiqləşmiş bəyannamələrin təqdim edilməsi xidmətinin satın alınması” (1 ədəd) üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 350 manatdır, müsabiqə noyabr ayının 18-də başlayıb, tələb olunan sənədlər dekabrın 9-dək, tender təklifləri isə dekabr ayının 19-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 20-də açılacaq.
Satınalan təşkilatın ünvanı: AZ1065 Bakı şəhəri, Yasamal r-nu,Tbilisi prospekti 35, ASK PLAZA, 3-cü mərtəbə