Azərpambıq Aqrar Sənaye Kompleksi " Cəmiyyətin Bərdə PİEZ filialının elektrik şəbəkə avadanlıqlarının bərpa, sazlama və sınaq işlərinin satınalınması” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib şirkət "Nur.S Enerji Servis" MMC olub. Şirkətlə 477 min 603.23 manat məbləğində müqavilə imzalanıb.
Şirkətlə bundan əvvəl “Azərkosmos” Agentliyinin 6 min 094.7 manat məbləğində “Elektrik avadanlıqlarının sınağı və ildırım ötürən dirəklərin torpaqlama aktının təqdim olunması xidmətlərinin satın alınması” tenderi üzrə müqavilə imzalanıb. (24.06.2022)