“Azərkosmos" bu il 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin təşkil edilməsi məqsədilə sərgi pavilyonu konstruksiyalarının satın alınması tenderinə yekun vurub.
Cef Bezos və İlon Mask Bakıya - GƏLƏ BİLƏR
FED.az xəbər verir ki, tenderin qalibi Almaniyanın "Losberger De Boer" GMBH şirkəti seçilib. Qalib şirkətə müqavilə üzrə 6 milyon 178 min 775.6 manat ödəniləcək.
Qeyd edək ki, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Bakıda keçiriləcək konqresdə kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın (NASA), Fransanın (CNES), “Airbus”, “Boeing”, Yaponiyanın (JAXA), Türkiyənin (TUA) və bir çox digər dövlətlərin nümayəndələri də olmaqla 6 mindən çox qonaq bir araya gələcək. Konqresdə "Amazon"un qurucusu və rəhbəri Cef Bezos və ABŞ-ın "Space X" şirkətinin rəhbəri İlon Maskın da iştirakı gözlənilir. (Apa)