Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) “Azersky-2” layihəsinin icrası çərçivəsində iri məbləğli satınalma həyata keçirib.
AYNA-nın tenderi baş tutmadı – SƏBƏB AÇIQLANDI
FED.az xəbər verir ki, məlumata əsasən Agentlik ilə "K.R.V Medical Group 2014 LTD" (VÖEN:515120970) şirkəti ilə ümumi dəyəri 2 milyon 247 min 984 manat 75 qəpik olan müqavilə bağlanıb. Müqavilə, avtomobil və evlərin uzunmüddətli icarəsi üzrə xidmətlərin satın alınmasını nəzərdə tutur.
Satınalma bir mənbə üsulu ilə həyata keçirilib.
Qeyd edək ki, “Azersky-2” layihəsi Azərbaycan Respublikasının peyk imkanlarını gücləndirməyə yönəlmiş mühüm proqramlardan biridir. Uzunmüddətli icarə xidmətləri isə bu prosesin texniki və inzibati təminatının bir hissəsi kimi qiymətləndirilir.
K.R.V Medical Group 2014 LTD — 18 avqust 2014-cü ildə İsrailin Aşdod şəhərində təsis edilmiş və hazırda aktiv fəaliyyət göstərən özəl məhdud məsuliyyətli şirkətdir . Şirkət, əsasən səhiyyə və tibbi xidmətlər sahəsində ixtisaslaşmışdır.