Banner

Tenderlər

“Azərkosmos” Türkiyənin iki şirkəti ilə - MÜQAVİLƏ İMZALAYIB

“Azərkosmos” Türkiyənin iki şirkəti ilə - MÜQAVİLƏ İMZALAYIB | FED.az
14:04 27 Dek 2019

“Azərkosmos” ASC və Türkiyənin rəqəmsal televiziya yayım platforması olan “Digiturk” və mobil operatoru olan “Vodafone” şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb.

FED.az xəbər verir ki, ASC-dən verilən məlumata görə, müqaviləyə əsasən “Digiturk” şirkəti “Azerspace-1” peykinin tutumlarından istifadə etməklə Türkiyədə keçirilən futbol çempionatının oyunlarını yayımlayacaq.

Eləcə də bax: “Azərkosmos”un işçilərini bu şirkət - SIĞORTALAYACAQ - MƏBLƏĞ

Həmçinin, “Vodafone” şirkəti “Azerspace-1” peykinin resursları ilə data xidmətləri təklif edəcək.

2019-cu il ərzində “Türkcell” mobil operatoru və “Azərkosmos” arasında qurulan əməkdaşlıqdan sonra “Digiturk” və “Vodafone” şirkətləri ilə imzalanan müqavilələr region üzrə Azərbaycanın telekommunikasiya peyklərinin effektiv fəaliyyətinin göstəricisidir.

Digər xəbərlər

Banner