FED.az xəbər verir ki, “Azərkosmos” ASC 2018-2020-ci illər üzrə maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil audit xidmətinin satınalınması məqsədilə Açıq Tender Elan Edir
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Azərkosmos” ASC) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa
uyğun olaraq 2018-2020-ci illər üzrə maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun müstəqil auditi xidmətinin satınalınması üçün açıq tender keçirir və bu sahədə xidmət göstərən şirkətləri tenderdə iştiraka dəvət edir.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində olmalıdır.
Tenderdə iddiaçı kimi iştirak və tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-şirkətin tam adı, hüquqi statusu, rekvizitləri haqqında məlumat, təsis sənədləri;
-şirkətin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
Qeyd olunan sənədlər tender prosedurunun başlanmasına ən azı 7 bank günü qalmış təqdim olunmalıdır.
Tenderdə iştirak etmək üçün müraciət edənlərin satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı, maliyyə durumu qənaətbəxş olmalı, müvafiq sahədə təcrübəsi olmalı (o cümlədən iri dövlət təşkilatlarında audit və Brand finance Global 500 siyahısına daxil olan şirkətlərin auditində təcrübəsi olmalı) şirkətin işçi heyətində çalışan ACCA və/və ya CPA ixtisas proqramlarına daxil olan bütün imtahanları uğurla tamamlamış, Azərbaycan Respublikasının vətəndaşı olan peşəkar auditorları olmalı, texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalı, satınalma prоsedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaхud satınalma müqaviləsinin bağlanması üçün iхtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum оlunmaması, yaхud оnların müvafiq peşə fəaliyyətləri ilə məşğul оlmasının məhkəmə qaydasında qadağan edilməməsi vacibdir.
Tenderdə iştirak haqqı 170 (yüz yetmiş) manatdır və heç bir halda geri qaytarılmır. Tenderdə iştirak haqqı “Azərkosmos” ASC-nin aşağıdakı bank hesabına ödənilməlidir:
Bankın adı: “Azərpoçt” MMC PF1
Bankın kodu: 691011
VÖEN: 9900037711
M/h: AZ76NABZ01350100000000094944
H/h: AZ77AZPO91015461200420100090
S.W.I.F.T. AZPOAZ22
Tender təklifinin qüvvədə olma
müddəti - 30 (otuz) bank günüdür.
Tender təklifinin təminatı
Bank zəmanətinin məbləği tender təklifinin ümumi qiymətinin ən azı 1%-i (bir faiz) məbləğində, bank zəmanətinin qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır.
İcra müddəti
Satınalınan xidmət 2018-2020-ci illəri əhatə etməlidir. Müqaviləni imzalayacaq qalib şirkət xidmətin göstərilməsinə müqavilə imzalandığı gündən başlayaraq 1 (bir) iş günü ərzində başlamalıdır.
Tender təkliflərinin seçilməsi zamanı üstünlük verilən şərtlər
Qalib iddiaçı, tender təklifinin və iddiaçının tenderin əsas şərtlər toplusuna uyğunluğunun dəyərləndirilməsi və tender təkliflərinin bir-biri ilə müqayisəsi nəticəsində maliyyə və ixtisas meyarları əsasında seçiləcəkdir.
Təklifin təqdim olunması üçün son gün
Tender təklifi (bank zəmanəti ilə birgə) 28 noyabr 2018-ci il Bakı vaxtı ilə saat 18.00-a qədər “Azərkosmos” ASC-yə (ünvan: Azərbaycan Respublikası, Bakı, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72 M5) təqdim edilməlidir.
Tender proseduru 29 noyabr 2018-ci il Bakı vaxtı ilə saat 11.00-da “Azərkosmos” ASC-nin böyük iclas zalında (yuxarıda qeyd olunan ünvanda) başlayacaqdır.
Tender barədə əlavə məlumat almaq üçün “Azərkosmos” ASC-yə müraciət etmək lazımdır:
a) elektron poçtla:
[email protected]
Tender komissiyasının sədri - Saməddin Əsədov.
[email protected]
Maliyyə departamentinin mühasibat və hesabatlılıq qrupunun rəhbəri –Şahin Babayev. [email protected]
Satınalmalar üzrə mütəxəssis – Ceyhun Əliyev.
b) telefonla: (+994) 012 5650055.
“Azərkosmos” ASC auditor axtarır – TENDER ELANI
09:20
16 Okt 2018