“Azərişıq” ASC 2 tenderə yekun vurub.
Təhsil müəssisəsi “GESCO” MMC-yə bu xidmət üçün 121 min manat – ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, ““Azərişıq”ASC “Bərdə və Kürdəmir rayonları ərazisində paylayıçı elektrik şəbəkələrində itkilərin azaldılması məqsədilə elektrik veriliş xətlərinin təmiri və yenidən quraşdırılması (0,4 kv ÖİN xətlərinin və KTM-lərin quraşdırılması)” işlərinin satın alınması” tenderinin qalibi “Smart Pover” QSC olub.
Şirkətlə 6 712 428 manat məbləğində müqavilə imzalanıb.
“Qubadlı rayonu, Fərcan yaşayış məntəqəsi ərazisində yerləşən sərhəd məntəqəsinin elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq ÖİN xəttinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması” tenderinin qalibi “19 Saylı Tikinti Təmir İdarəsi” MMC olub.
Şirkətlə 1 996 058 manat məbləğində müqavilə imzalanıb.