“Azərişıq” ASC İSO/İEC DİS9798-2 təhlükəsizlik standartına əsasən 3 mərhələli şifrələnmə yolu ilə RS-485 informasiya mübadilə xəttinə malik və təmassız idarəetmə sistemi ilə təchiz olunmuş mövcud 0,4 kV elektrik şəbəkə xəttində gərginliyi ölçən elektron cihazın satın alınması məqsədilə açıq tender elan edir.
Xəzər Dəniz Gəmiçiliyi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi, 130 ünvanında yerləşən “Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.
İştirak haqqı - 350 manat
“Azərişıq” ASC
Hesab: AZ83AIIB33020029441802068118
VÖEN: 9900069391
Benefisiarın Bankı: Kapital Bankın Gənclik filialı
Kod: 200189
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
SWIFT Code: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs - Emil Əliyev (telefon: 440-39-93, daxili (29-18))
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə;
- iddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təklifin qüvvədə olma tarixindən ən azı 30 bank günü çox qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;
- iddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar (arayış formasında imzalanıb möhürlənərək təqdim olunmalıdır.);
- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazə;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
- - müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Tələb olunan sənədlərin əsli və ya əsli olmadıqda surəti notarial təsdiq olunmuş formada təqdim edilməlidir.
Sənədlər Azərbaycan dilində, 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir ( https://etender.gov.az/ ).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 oktyabr 2021-ci il saat 15:00-a qədər, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 28 oktyabr 2021-ci il saat 15:00-a qədər Bakı şəhəri, M.Əliyev küçəsi, 130 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 29 oktyabr 2021-ci il saat 15:00-da Bakı şəhəri, M.Əliyev küçəsi, 130 ünvanında “Azərişıq” ASC-nin inzibati binasında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.