“Azərişıq” ASC 3 tenderin nəticələrini açıqlayıb.
Füzulidə 129 milyon manatlıq tikinti tenderi elan olundu - ŞƏRTLƏR
FED.az xəbər verir ki, dövlət qurumu tenderin qalibləri ilə toplamda 10 566 251 manat dəyərində müqavilələr imzalayıb.
2 tenderin qalibi "Şans Constructıon" MMC olub və sözügedən tenderlər Qarabağ bölgəsi ilə əlaqəlidir. Yerdə qalan 1 tenderin qalibi isə “İma-Energy” MMC şirkətidir.
Şirkətlər haqqında daha detallı :
Qeyd edək ki, “Şans Constructıon” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Səyavuş Abbasov Şahid oğludur. Hüquqi ünvanı AZ1002, Bakı şəhəri Nizami rayonu, Əlağa Kürçaylı, ev 7, m. 64 ünvanında yerləşir.
Qeyd edək ki, “İma-Energy” QSC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 5 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şahin Tağızadə Əliş oğludur. Hüquqi ünvanı AZ1119, Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev, ev 33, m. 20 ünvanında yerləşir.
Tenderlər haqqında daha detallı :
№ |
Satınalma predmeti |
Qalibin adı |
Məbləğ |
1 |
Füzuli şəhəri ərazisində tikilməkdə olan yaşayış və ictimai binaların elektrik təchizatının təmin olunması məqsədiləşəhər ərazisində baş plana uyğun olaraq yeni 2x2500 kVA gücündə transformator yarımstansiyasının tikintisi və mövcud 35 kV-luq Füzuli Rəqəmsal yarımstansiya və İdarəetmə mərkəzindən yeni TM-ə 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işləri |
"Şans Constructıon" MMC |
2 573 281 AZN |
2 |
Cəbrayıl şəhəri ərazisində tikintisi davam edən yaşayış kompleksinin elektrik təchizatının təmin olunması məqsədilə 35/0,4 kV-luq 4x2500 kVA gücündə transformator yarımstansiyasının tikintisi və yeni tikilmiş "Cəbrayıl Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi" ilə əlaqələndirilməsi işləri |
"Şans Constructıon" MMC |
3 828 813 AZN |
3 |
Sabunçu rayonu ərazisində yerləşən mövcud 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyanın 35/10 kV-luq 2x25 MVA gücündə yenidənqurulması və giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi işlərinin satın alınması |
“İma-Energy” MMC |
4 164 157 AZN |