“Azərişıq” ASC “Şəmkir rayonu İrmaşlı kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Smart Energy Services” MMC olub. Şirkətlə 3 milyon 948 min 302 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də qurumun 1 milyon 507 min 814 manat məbləğindəki “Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonu Mayak, Qırmızı şəfəq, Yenikənd kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” tenderini (02.11.2022) və bundan əlavə daha 4 iri məbləğli tenderlərini də qazanıb.