“Azərişıq” ASC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Azərişıq” ASC “Binəqədi rayonu ərazisində tikilən 110 kV-luq Mehdiabad (91 saylı) yarımstansiyanın dayanıqlı elektrik təchizatının təmin olunması məqsədilə yeni 110 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin” satın alınması nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 9900069391
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Bakıxanov küçəsi - 13, AZ1065
Müsabiqənin başlama tarixi və vaxtı: 15.12.2023 11:11
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
16.01.2024 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 24.01.2024 10:00
Zərflərin açılış tarixi və vaxtı: 25.01.2024 10:00
Ödəniş şərtləri : Müqavilə üzrə ödəniş, hissə-hissə, mərhələlərlə, və ya tam şəkildə göstərilmiş işin faktiki olaraq Sifarişçiyə təhvil verildikdən sonra təqdim etdiyi sənədlər əsasında ( hesab-faktura, forma-2 və s sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılacaq.
Çatdırılma yeri: Bakı şəhəri ərazisində
Çatdırılma müddəti : Müqavilə imzalandıqdan sonra 6 (altı ) ay ərzində
Çatdırılma şərtləri : DDP
Tenderdə iştirak etmək üçün aşağıdaki sənədlər vacibdir :
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi 35,110 kV-luq yarımstansiya və ya 110 kV-luq kabel xəttinin çəkilməsi işləri üzrə 5 (beş) milyon manat və daha artıq işlər və müqavilələr barədə məlumatlar;
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Namik Heybətov, Şöbə rəisi
Email : [email protected]
Əlaqə telefonu : 012 440 39 93 (daxili 92-19)