“Azərişıq” ASC 20 oktyabr 2021-ci ildə cəbhəyanı rayonlarda Qərb və Aran regionları üzrə elektrik təsərrüfatına dəymiş zərərlərin aradan qaldırılması üçün elektrik şəbəkələrində görüləcək işlərin satın alınması üzrə tenderin nəticələrini açıqlayıb.
Eləcə də bax: "Azərxalça"nın 1,4 milyon manatlıq tenderinin qalibləri - AÇIQLANDI
Təkliflər sorğusu üsulu ilə keçirilmiş tender müsabiqəsində Tender komissiyasının qərarına əsasən “METATRON İNŞAAT” MMC qalib elan olunub.
Qalib gəlmiş təşkilat ilə 29.11.2021-ci il tarixdə ƏDV daxil 4 milyon 246 min manat məbləğində müvafiq podrat müqaviləsi imzalanmışdır.