“Azərişıq” ASC “Sabunçu rayonu ərazisində yerləşən mövcud 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyanın 35/10 kV-luq 2x25 MVA gücündə yenidənqurulması və giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Cəbrayılın 3 kəndinin elektrik təchizatı 10 milyona - BAŞA GƏLƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “İma-Energy” MMC olub.
Qalib şirkətə 4 164 157 manat ödəniləcək
Qeyd edək ki, “İma-Energy” QSC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 5 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şahin Tağızadə Əliş oğludur. Hüquqi ünvanı AZ1119, Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev, ev 33, m. 20 ünvanında yerləşir.