“Azərişıq” ASC “Laçın rayonu, Pircahan yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Harmony İndustrial Construction And Engineering Group” MMC olub. Şirkətlə 2 milyon 309 min 878 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Zaqatala Rayon Mərkəzi Xəstəxanası 13 min 301 manat məbləğindəki “Əsas fondlara xidmət haqqı xərcləri” ilə bağlı tenderini (17.10.2022) qazanıb.