“Azərişıq” ASC 18 milyon 366 min 255,69 manatlıq tenderin qalibini elan edib.
FED.az xəbər verir ki, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən obyektin ərazisinə düşən 35 kV-luq kabel xətlərinin köçürülərək əvəzinə yeni kabel xətlərinin çəkilməsi və daxili elektrik təchizatı məqsədilə yeni elektrik qurğularının quraşdırılması ilə bağlı keçirilən tenderin qalibi məlum olub.
Qalib “Integras” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətə 18 milyon 366 min 255,69 manat ödəniləcək. Ehtimal olunan qiymət 20 milyon 172 min 901,09 manat idi.
Şirkətin "Azərişıq"dan daha öncə udduğu tenderlər aşağıdakılardır:
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
1 |
Xocavənd, Ağdərə və Xocalı rayonlarında yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması çərçivəsində Xocalı rayonu, Ballıca yaşayış məntəqəsinin xarici elektrik təchizatı.... |
2.555.788,31 AZN |
16.05.2025 |
2 |
Baki şəhəri, Sabunçu və Xətai rayonlarının paylayıcı elektrik şəbəkələrində enerji təchizatının dayanıqlığının artırılmasi məqsədilə görülməsi vacib olan işlərin satın alınması. |
8.433.238,14 AZN |
16.04.2025 |
3 |
“Ağdərə rayonu Umudlu yaşayış məntəqəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi” işləri |
1.515.614,9 AZN |
19.11.2024 |
4 |
"Azərişıq" ASC-nin paylayıcı elektrik şəbəkələrində itkilərin azaldılması, gərginlik düşkülərinin aradan qaldırılması məqsədilə Səbail, Qaradağ və Binəqədi rayonları ərazisində yerləşən elektrik veriliş xətlərində və qurğularında yenidənqurma işlərinin aparılması, yeni güc mərkəzlərinin yaradılması işləri |
2.525.189,26 AZN |
30.07.2024 |
5 |
Şamaxı rayonu, Böyük Xınıslı kəndinin elektrik təchizatının yaxşılaşdırılması və yeni yaradılan infrastrukturun elektrik enerjisi ilə təmin olunması məqsədilə görüləcək işlər |
5.610.403,71 AZN |
04.06.2024 |
6 |
Qubadlı rayonu ərazisində yerləşən 117,3 HA üzümçülük sahəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq ÖİN xəttinin çəkilməsi və KTM-lərin quraşdırılması işlərinin satın alınması məqsədilə |
4.964.528,48 AZN |
14.11.2023 |
8 |
Gəncə - Şəmkir avtomobil yolunun 12-ci km-də yerləşən Aqroparkın ərazisində yerləşən nasosxana binasının xarici elektrik təchizatı işlərinin satın alınması |
129.028,66 AZN |
04.11.2022 |
9 |
Abşeron rayonu Türkan üzümçülük sovxozunun, Abşeron rayonu 1 saylı Hövsan zeytunçuluq sovxozunun ərazisində yerləşən Aqroparkın suvarma sisteminin və Xətai rayonu 2 saylı Zığ zeytunçuluq sovxozunun, Abşeron rayonu Türkan üzümçülük sovxozunun ərazisində yerləşən qeyri yaşayış sahələrinin xarici elektrik təchizatı işlərinin satın alınması |
700.833,23 AZN |
06.10.2022 |
10 |
Xəzər rayonu, Zirə qəsəbəsinin şimal-qərb hissəsində yerləşən Zeytun yağı və süfrəlik zeytun istehsalı zavodunun elektrik enerjisi ilə təchiz olunması işlərinin satın alınması |
616.053,15 AZN |
06.10.2022 |
11 |
Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Cəlilabad rayonu Buravar, Şatırlı kəndləri , Neftçala rayonu Mürsəlqulu kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri |
2.976.856,48 AZN |
03.10.2022 |
12 |
Xocavənd rayonu, Tuğ (Binə kəndi) və Zəngilan rayonu ərazisində tikintisi planlaşdırılan Kompleksin xarici elektrik təchizatı işləri |
2.010.605,07 AZN |
06.05.2022 |
13 |
Səyyar laboratoriya cihazılarının və uyğunlaşdırılmış xüsusi təyinatlı kiçik həcmli yük avtomobillərinin icarəsi xidmətinin satın alınması |
745.382,4 AZN |
09.06.2021 |
Qeyd edək ki, “İntegras” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhsəti Həsənova Hüseynalı qızıdır. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq, ev 214, m. 99 ünvanında yerləşir.