"Azərişıq” ASC-in bir neçə tenderinə qatılmaq istəyən iddiaçıların sayı yetərincə olmadığı üçün tenderlərin müddəti uzadılıb.
Eləcə də bax: "Azərişıq" elektron sayğac və abonent kartları üçün - 2 MİLYON MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, söhbət "Azərişıq” ASC-nin Qazax, Şəmkir, Goranboy və Gələbəydə keçirdiyi tenderlərdən gedir.
"Azərişıq” ASC tərəfindən 02.06.2020-ci il tarixdə "Qazax rayonu Kəmərli kəndi ərazisində 10 kV-luq hava xəttinin, 160/250/400 kVA gücündə KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması” məqsədilə elan edilmiş açıq tender üzrə iddiaçıların sayı yetərincə olmadığı üçün tender sənədlərinin qəbulu 03 iyul 2020-ci il saat 16:00-a, tender təkliflərinin qəbulu 13 iyul 2020-ci il saat 16:00-a, zərflərin açılışı 14 iyul 2020-ci il saat 16:00-a qədər uzadılır.
"Azərişıq” ASC tərəfindən 02.06.2020-ci il tarixdə "Gədəbəy rayonu Əyrivəng və Qasımlı kəndləri ərazisində 10 kV-luq hava xəttinin, 63/250 kVA gücündə KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması” məqsədilə elan edilmiş açıq tender üzrə iddiaçıların sayı yetərincə olmadığı üçün tender sənədlərinin qəbulu 03 iyul 2020-ci il saat 16:00-a, tender təkliflərinin qəbulu 13 iyul 2020-ci il saat 16:00-a, zərflərin açılışı 14 iyul 2020-ci il saat 16:00-a qədər uzadılır.
"Azərişıq” ASC tərəfindən 02.06.2020-ci il tarixdə "Goranboy rayonu Buzluq kəndi ərazisində 10 kV-luq hava xəttinin, 100/250 kVA gücündə KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması” məqsədilə elan edilmiş açıq tender üzrə iddiaçıların sayı yetərincə olmadığı üçün tender sənədlərinin qəbulu 03 iyul 2020-ci il saat 16:00-a, tender təkliflərinin qəbulu 13 iyul 2020-ci il saat 16:00-a, zərflərin açılışı 14 iyul 2020-ci il saat 16:00-a qədər uzadılır.
"Azərişıq” ASC tərəfindən 02.06.2020-ci il tarixdə "Şəmkir rayonu Bayramlı kəndi ərazisində 10 kV-luq hava xəttinin, 160/250 kVA gücündə mövcud KTM-lərin kabel xəttinin çəkilməsi, 400 kVA gücündə KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması” məqsədilə elan edilmiş açıq tender üzrə iddiaçıların sayı yetərincə olmadığı üçün tender sənədlərinin qəbulu 03 iyul 2020-ci il saat 16:00-a, tender təkliflərinin qəbulu 13 iyul 2020-ci il saat 16:00-a, zərflərin açılışı 14 iyul 2020-ci il saat 16:00-a qədər uzadılır.