Hacıqabul Rayon Mərkəzi Xəstəxanası “Azəri Med” QSC laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşma işlərinin satın alınması təkliflər sorğusunun nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC (VÖEN: 1500072561) olub.
Şirkətlə 360 min manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Azəri Med” QSC daha öncə Bakı Sağlamlıq Mərkəzi ilə 9 791 229 manat məbləğində “Dərman preparatlarının və tibbi sərfiyyat mallarının satınalınması” tenderi üzrə müqavilə bağlanılıb (24.11.2022).