Milli Onkologiya Mərkəzi Şüa avadanlıqları və digər tibbi avadanlıqların cari təmiri, texniki xidmət, material ehtiyatları kimi tanınan hissələrinin, detallarının alınması və dəyişdirilməsi tenderinin nəticələrini açıqlayıb açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC (VÖEN: 1500072561) olub.
Şirkətlə 5 milyon 221 min manat məbləğində müqavilə imzalanıb.
Şirkət daha öncə Səhiyyənin Təminat Mərkəzinin 5 milyon 847 min 956 manatlıq "Xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan tibbi ləvazimatlar və sərfiyyat materiallarının satınalınması" tenderinin qalibi olub (29.11.2023)