“AzerGold” QSC ehtiyat hissələrin daşınması xidmətinin satın alınması ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Satınalma prosedurunda iştirak etmək istəyən təchizatçılar [email protected] elektron poçt ünvanına və ya kağız daşıyıcıda yazılı şəkildə iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün aşağıda qeyd olunmuş sənədləri 25 iyul 2023-cü il saat 15:00-a qədər Tender Komissiyasına təqdim edilməlidir:
- Tenderdə iştirak üçün müraciət ərizəsi;
- İştirak edəcək təchizatçının Nizamnaməsi və ya Əsasnaməsi (rezident olduqda);
- Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə arayış:
- Tələb olunan işlər haqqında məlumat;
- İşlərin təhvil verilməsi şərtləri;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşdirmə vərəqəsi (VÖEN) (rezident olduqda);
- Satın alınacaq mal/material, iş və ya xidmətin xüsusiyyətindən asılı olaraq satınalma şərtlərində göstərilən tələblərə uyğunluq.
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra əsas şərtlər toplusunu əldə edə bilərlər.
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Satın alınacaq Xidmətlərin siyahısı:
S/S |
Daşınma istiqaməti |
Xidmətin xüsusiyyətləri |
Ölçü |
Miqdarı |
1 |
Türkiyə (Ankara) – Azərbaycan (Daşkəsən, ÇFES) |
-İncoterms DAP Daşkəsən, -Nəqliyyat növü – tentli TIR -Tranzit vaxt (Yüklənəndən sonra-Sərhədəcən) maksimum 5 təqvim günü |
reys |
20 |
2 |
Demuraj |
- |
gün |
1 |
- Tərəflər arasındakı Müqavilə çərçivə sazişi formasında bağlanılır və şərti miqdara görə verilmiş qiymətlər üzrə vahidin qiymətləri Müqavilənin Əlavə 1-ni təşkil edəcəkdir. Müqavilə çərçivəsində təhvil veriləcək xidmətlərə dair tələblər (reyslərin sayı, icra müddəti şərtləri və s.) və bu xidmətlərə görə İcraçıya ödənişlər çərçivə sazişinə ediləcək əlavə ilə müəyyənləşdiriləcəkdir. Müqavilənin Əlavə 1-də nəzərdə tutulmayan Xidmətlər üzrə yekun qiymətlər hər bir halda Sifarişçi ilə qarşılıqlı razılıq əsasında müəyyən olunacaq və Podratçı tərəfindən təqdim ediləcək qiymət təklifində əks olunacaqdır.
Təchizatçılar TMX 4-də göstərilən sənədləri, həmçinin tender təklifi və tender təklifinin təminatını möhürlənmiş, imzalanmış və ikiqat zərfdə 10 avqust 2023-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Tender üzrə təklif zərflərinin açılışı 11 avqust 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.