“AzerGold” QSC təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda turniket avadanlığının və digər əlaqəli malların və quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 50 manatdır.
Qiymət təklifi sorğusu iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az satınalmalar bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə qiymət təklifi sorğusunda iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar qiymət təklifi sorğusu şərtlərini əldə etmək üçün aşağıda qeyd olunmuş sənədləri 03 avqust 2023-cü il saat 15:00-a qədər Tender Komissiyasına təqdim edilməlidir:
- Qiymət təklifi sorğusunda iştirak üçün müraciət ərizəsi;
- İştirak edəcək təchizatçının Nizamnaməsi və ya Əsasnaməsi (rezident olduqda);
- Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə arayış:
- Tələb olunan mal/material, iş və ya xidmətlər haqqında məlumat;
- Xidmətlərin göstərilməsi şərtləri;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşdirmə vərəqəsi (VÖEN) (rezident olduqda);
- Satın alınacaq mal/material, iş və ya xidmətin xüsusiyyətindən asılı olaraq satınalma şərtlərində göstərilən tələblərə uyğunluq.
- Təchizatçının yalnız mikro, kiçik və ya orta sahibkarlıq subyektinə aid olmasını təsdiq edən arayış (arayış son hesabat ilinə olan vəziyyəti əks etdirməlidir, həmçinin arayışı verən orqan tərəfindən və ya notariat qaydasında təsdiq olunmalıdır.)
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar qiymət təklifi sorğusu üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra qiymət təklifi sorğusu şərtlərini əldə edə bilərlər.
İştirak haqqı – 50 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
№ |
Malların və İşlərin adı |
Xüsusiyyətləri |
Ölçü vahidi |
Miqdar |
1 |
Nəqliyyat vasitələrinin yoxlanılması üçün xüsusi güzgü |
Diametri 30 – 35 sm aralığında, akril materialdan, güzgü tutacağı uzunluğa görə tənzimlənə bilən və kiçik LED fənərli |
ədəd |
6 |
2 |
Asma qıfıl |
Ölçüsü 60 – 70 mm aralığında, metal, açarlı, üzəri rezinli izolyasiya ilə |
ədəd |
10 |
3 |
Kodlu plastik xamut |
Uzunluq 35 – 40 mm aralığında |
ədəd |
5000 |
4 |
Qurğuşun (möhür üçün) |
Bərk halda, diametri 9 – 10 mm aralığında |
kq |
5 |
5 |
Troslu kodlu xamut |
Trosun qalınlığı 2 mm-dən, uzunluğu isə 25 sm-dan az olmamalıdır. Xamutun üzərində “AzerGold” QSC yazısı ilə |
ədəd |
2000 |
6 |
Qablaşdırılmış külçələrin möhürlənməsi üçün qalın sap |
Sap rəngi ağ rəngin bütün çalarları rəngində (ağ, süd rəngi və s.), qalınlığı 2-3 mm aralığında, top şəklində, xalis çəkisi (topsuz) minimum 100 qram |
ədəd |
40 |
7 |
Batareya 9v |
Akkumulyatorun həcmi, mA/saat minimum 1000 |
ədəd |
100 |
8 |
İstilik radiatoru |
Yağ ilə işləyən 2500 w |
ədəd |
1 |
9 |
Çöl kamerası |
Kamera iç (DS-2CD1043GO-İ 2,8mm 4mp İR30m Bullet İP Kamera HİKVİSİON*) |
ədəd |
5 |
10 |
Çöl kamerasının quraşdırılma xərcləri |
- |
ədəd |
5 |
11 |
Daxili kamera |
Kamera iç (DS-2CD1043GO-İ 2,8mm 4mp İR30m Bullet İP Kamera HİKVİSİON*) |
ədəd |
5 |
12 |
Daxili kameranın quraşdırılma xərcləri |
- |
ədəd |
5 |
13 |
Elektron kilid |
Kart oxuyucunu qoşmaq imkanı ilə obyekt identifikasiyasından istifadə edən yeni nəsil skaner |
ədəd |
1 |
14 |
Turniket |
Elektron turniket (mövcud sistemə inteqrasiya daxil) Gövdə: xarici mühit 1,2 mm 304, paslanmayan polad Qolları: Alüminyum cilalanmış, 45 sm Ölçüsü: 28x40x98 sm Çəkisi: 35 kq Gücü: 100-240 V AC, 15 W Göstəriciləri: Yönləndirmə göstəriciləri mövcud olmalıdır Keçid: Tək və ya cüt tərəfli Oxuyucu: 2 ədəd oxuyucu inteqrasiyası mümkün oluna bilən kart rider-ZKTECO F 18* 2 ədəd daxil |
dəst |
1 |
15 |
Turniketin quraşdırılma xərcləri |
- |
ədəd |
1 |
16 |
Keçid tipli metal detektor |
En 800 mm – 935 mm; Dərinlik (keçid hissə) 400 mm – 70 mm.
|
ədəd |
1 |
17 |
Keçid tipli metal detektorun quraşdırılma xərcləri |
- |
ədəd |
1 |
18 |
Böyük Dəmir seyf (elektron kodlu, Qablaşdırılmış qiymətlilərin saxlanılması üçün),ÇFES-Yeni zavod |
Hündürlük – 1.70 sm Ön hissəsindən eni - 1.21 sm Yandan eni – 67 sm
Hündürlük – 1.54 sm Ön hissədən eni – 1.04 sm Yandan eni – 54 sm
Eni – 56 sm Hündürlüyü – 1.01 sm
|
ədəd |
1 |
19 |
Böyük Dəmir seyfin quraşdırılma xərcləri |
- |
ədəd |
1 |
20 |
Fishe eye camera |
Görüntünü 4 hissəyə bölən və mikrofonlu (səs yaza bilən). Çöl üçün, İP kamera Hikvision (mövcud sistemə uyğundur). |
ədəd |
1 |
21 |
Fishe eye cameranın quraşdırılma xərcləri |
- |
ədəd |
1 |
22 |
İD kartlar |
EM tipli, üzərində məxsus olduğu şəxslərin məlumatları qeyd edilmiş. |
ədəd |
1000 |
23 |
Buraxılış vəsiqəsi üçün qab |
Şəffaf, plastik, İD kartların ölçüsünə uyğun |
ədəd |
1000 |
- Müqavilə imzalandıqdan sonra (1) bir ay müddətində malların təhvil verilməsi və quraşdırılması tam başa çatdırılmalıdır.
- Mallar İcraçı tərəfindən Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsinə çatdırılmalı, boşaldılmalı, quraşdırılmalı və Sifarişçiyə təhvil verilməlidir.
Təchizatçılar QTSMX 4 - də göstərilən sənədləri, həmçinin qiymət təklifi və qiymət təklifinin təminatını möhürlənmiş, imzalanmış və ikiqat zərfdə 07 avqust 2023-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Qiymət təklifi sorğusu üzrə təklif zərflərinin açılışı 08 avqust 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.