“Azərenerji” ATSC 2 tenderə yekun vurub.
3 KSES yenidən qurulacaq, 6 KSES enerji sisteminə qoşulacaq - 41 MİLYONLUQ TENDER
FED.az xəbər verir ki, tamamlanmış tenderlər KSES-lərin tikintisi ilə əlaqəlidir və hər 2 tenderi “BCC Group” QSC udub.
Belə ki, adı çəkilən şirkət “Azərenerji” ATSC ilə “"Çaykənd-2" KSES-in tikintisi” tenderi üzrə 16 763 385 manat dəyərində, “"Təkəqaya" və "Ağçay" KSES-nin yenidən qurulması işlərinin satın alınması” tenderi üzrə isə 19 839 606 manat dəyərində müqavilə imzalayıb.
Ümumilikdə “BCC Group” QSC nə az, nə çox 36 602 991 manat sifariş qəbul edib.