“Azərenerji" ATSC “Elektrik Stansiyalarında istifadə olunacaq müxtəlif energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və yenilərinin tədarük olunması)” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Dostluq H - El” MMC olub.
Qalib şirkətə 2 979 522 manat ödəniləcək.
Qeyd edək ki, “Dostluq H - El” MMC 202-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elçin Şərifov Fərman oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri Xətai rayonu, Xəqani Rüstəmov, ev 4, m. 74 ünvanında yerləşir.