“Azərenerji” ASC bir -birinin ardınca iki şirkət ilə tender müqaviləsi bağlayıb.
FED.az xəbər verir ki, dəyəri 1 milyon 239 min 902.7 manat olan “Güc transformatorunun satınalınması” tenderinin qalibi “Universal PRO” QSC, 257 min 395.52 manat dəyərindəki “Müxtəlif yanğınsöndürən avadanlıqların servis xidmətinin satınalınması” tenderinin qalibi isə “Marz” MMC olub.
Bağlanmış müqavilələrin ümumi dəyəri 1 milyon 497 min 298.22 manatdır.