“Azərenerji” ATSC (VÖEN: 9900000421) “Azconstruction” QSC (1902376131) ilə ümumi dəyəri 67 milyon 246 min manat olan iki satınalma müqaviləsi imzalayıb.
Dövlət qurumu 110 min manata xidməti minik avtomobili alır – TENDER
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət Mövcud 220/10/10 kV-luq Qəbələ YS-nı 220/110/10 kV-luq YS-ya keçirməklə yenidən qurulması işlərini və 110/35/10 kV-luq GİS tipli Duzsuzlaşdırma YS-nın tikintisi və enerji sistemininə inteqrasiyası, Yaşma YS-da gücləndirmə və genişləndirmə işlərini həyata keçirəcək.
Bundan başqa, dövlət qurumu ilə “Azərelektrik Tikinti Quraşdırma” MMC (VÖEN: 1404754281) ilə Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun xarici elektrik təchizatı üzrə 110 kV-luq EVX-nin tikintisi və elektrikquraşdırma işləri 20 milyon 645 min manatlıq müqavilə imzalanıb.
İmzlanmış müqavilələrin cəmi dəyəri 87 milyon 891 min manat təşkil edib.
Qeyd edək ki, “Azərelektrik Tikinti Quraşdırma” MMC 2019-cu ildə yaradılıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Əşrəfzadə Ziya Mustafa oğludur. Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman, ev. Giriş 28 ünvanında yerləşir.
“Azconstruction” QSC isə 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 min manat, qanuni təmsilçisi Əliyeva Təranə Tahir qızıdır. Şirkət Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr, ev.187b ünvanında yerləşir.















