Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ““Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri üzrə tikinti layihələrinin hazırlanması və tikinti müddətində müəllif nəzarətinin aparılması işləri”nin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu olub.
Şirkətlə 446 283 manat məbləğində müqavilə imzalanıb.