Azərbaycanın vergi sisteminin diaqnostikası aparılacaq. FED.az xəbər verir ki, Vergilər Nazirliyi «Azərbaycanın vergi sisteminin diaqnostikası» mövzusunda ekspertiza-məsləhət xidmətinin həyata keçirilməsi üçün tenderə yekun vurub.
Tenderin qalibi "McKinsey and Company (Azerbaijan), INC" Şirkətinin Azərbaycandakıv filialı olub. Həmin şirkətlə 2,7 milyon manatlıq müqavilə bağlanılıb.